İtin duası qəbul olunsa...

London itləri kef edir
Londonda havaların çox isti keçməsi ilə əlaqədar itlərə dondurma paylamağa başlayıblar. Tayms qəzetin verdiyi məlumata görə, heyvanların müdafiəsi ilə məşğul olan aktivistlər, itlərin günəş altında çox qalmaları və fiziki halsızlığından narahat olduqlarına görə, şəhərin bir çox parklarında itlərə dondurma paylamağa başlayıblar.
İtlərin dondurması iki cür reseptlə hazırlanır: toyuq dadı və xüsusi ingilis peçenyesi tamı ilə. İlk sınaqlar göstərir ki, itlər çox böyük həvəslə bu deserti yeməyə başlayıblar.
Dondurmalar itlərə pulsuz paylanılır, proqramın ödənişi isə heyvanların müdafiəsi ilə bağlı xeyriyyə təşkilatı öz üzərinə götürüb. Dondurmanı yeyən zaman, itlərin bədən temperaturu aşağı düşür.
Bumeran fondun nümayəndəsi Pet Parti bildirib ki: Havaların çox isti keçməsi ilə bağlı hər kəs demək olar ki, insanları düşünərək, onların qeydinə qalır. Lakin heyvanları hamımız unuduruq, axı onlar da bu qəribə keçən havadan əziyyət çəkir. Məhz elə buna görə, biz istəyirik ki, heyvanlar da bu təbii fenomeni rahat keçirə bilsin.

Xəbərin linki:
http://luna.az/mvl/17-304tin-duas305-q601bul-olunsa.html























Hal-hazırda saytda:
LuNa.Az-çılar 0
Axtarış robotları: 3
Qonaq: 4
Cəmi: 7
Sonuncu daxil olan: